Araz Aslanlı: “Türkiyədə hökumətin qurulması üçün 2 variant mövcuddur” AÇIQLAMA
"Hal-hazırda qaydalara görə, seçkidən birinci çıxan partiya hakim Ədalət və İnkişaf Partiyası (AKP) olduğuna görə hökuməti qurma səlahiyyəti birinci onlara veriləcək". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Onun sözlərinə görə, Türkiyədə keçirilən parlament seçkilərindən dərhal sonra ən çox gözlənilən AKP və MHP koalosiyası idi. Lakin MHP seçkidən dərhal sonra sərt çıxışı ilə koalisyada iştirak etməyəcəyini açıq şəkildə ifadə edib: "Seçkidən sonra ilk nəticə ortaya çıxanda belə bir ehtimal irəli sürülmüşdü ki, AKP koalisiya hökumətini Milliyətçi Xalq Partiyası (MHP) ilə qura bilər. Lakin seçkidən dərhal sonra elə sərt açıqlama verildi ki, AKP ilə MHP-nin koalisiya qurma ehtimalı xeyli azaldı. Məsələ ortadan qaldırılmadı ama xeyli dərəcədə aktuallığını itirdi. İkinci vəziyyət CHP ilə koalisiya hökumətinin qurulmasıdır. Bunu bir başa heç bir partiya deməsə də, ikisinin də koalisiya ilə bağlı açıqlamaları onu göstərir ki, bu ola bilən ehtimaldır. Üçüncü versiya budur ki, hakim partiya HDP ilə koalisiya qursun. Bu AKP üçün arzuolunmazdır. Çünki, belə bir koalisiyadan sonrakı mərhələdə səsləri dəhşətli dərəcədə azala bilər. HDP-nin seçkidən öncə və sonra verdiyi mesajları var. Bu da koalisiyanın olmayacağı şəklindədir. Yəni AKP-nin içində olduğu koalisiyalar bu şəkildə ola bilər".
Araz Aslanlı AKP xaricində qurula biləcək koalisiyalardan da danışıb. O qeyd edib ki, CHP və MHP birlikdə koalisiyaya qoşula bilər, HDP isə kənardan dəstək verə bilər. Lakin heç vaxt MHP və HDP-nin birlikdə koalisiyaya qoşularaq hökumət quracağını gözləmək olmaz. Bu gün Türkiyədə hökumətin qurulması üçün 2 yol mövcuddur: "AKP kənarında koalisiyalara gəldikdə isə, ola bilər ki HDP AKP-yə hökumətdə yer almadan kənardan dəstək verə bilər. Müəyyən müddət üçün azlıq hökuməti qurula bilər. Əslində parlamentdə tək başına çoxluğu əldə edə bilməyən partiya bu halda hökuməti qurur, digər partiyalardan heç biri hökumətdə iştirak etməsə də biri dəstək verir ki, partiya lazımi etimadı alsın. Digər tərəfdən HDP ilə MHP-nin eyni hökumətdə yer alması demək olar ki, mümkün deyil. Lakin Cumhuriyyət Xalq Partiyası (CHP) MHP ilə koalisiya qura bilər, HDP isə kənardan müvəqqəti olaraq dəstək verə bilər. Əgər partiyalar hökumətdən AKP-ni uzaqlaşdırmaq istəsələr, bu vaxt belə bir qərarı verə bilərlər. Bu zaman yeni hökumətin qurulması üçün yenidən seçkiyə gedilməlidir. Amma bunun üçün ilk növbədə yeni dövləti quraraq bundan sonra seçkiyə gedə bilərlər. Belə bir taktika gözləniləndir. Bunların içərisində ən çox gözlənilən iki vəziyyət var: 1. AKP – CHP koalisiyası, 2. AKP-nin təkbaşına azlıq hökuməti qurması və HDP-nin kənardan dəstək verməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB