Ekspert: “Donbasın blokadası Ukraynaya divident gətirməyəcək” PROQNOZ

Ekspert: “Donbasın blokadası Ukraynaya divident gətirməyəcək” PROQNOZ

Kiyevdə rusiyayönümlü separatçılar tərəfindən işğal olunmuş ərazilərin blokadası ətrafında qızğın müzakirələr başlayıb. SİA xəbər verir ki, bu barədə "qlavnoe.ua" saytı məlumat verir. Daha çox bu ətrafda BPP-dən olan deputat Yuri Lutsenko fikir bildirir. Deputat tərəfindən qeyd olunur ki, əgər blokada üsulu tədbiq edilərsə, ölkə bundan ancaq qazana bilər. Lakin bir sıra siyai ekspertlər heç də belə fikirləşmirlər. Ukraynanın siyasət analizi və menecmenti institunun direktoru Ruslan Bortnik məsələ ilə bağlı deyib ki, deputatın prezident Poroşenkonun işğal olunmuş əraziləri blokadaya alaraq, separatçıları həm də iqtisadi cəhətdən məhv edəcək gücünə malik olması iddiası eynilə separatçıların bütün Donbası tutacaqları barədə irəli sürdükləri iddialardan fərqlənmir: "Hazırda Kiyevlə Moskva arasında fəal danışıqlar prosesi gedir. Deputatların məhz bu kimi iddialar və bəyanatlarla çıxış etmələri sadəcə düşmənə qarşı təzyiqetmə vasitəsi kimi qəbul edilir ki, onlar öz mövqelərindən geri çəkilsinlər".

Ekspert məlum bəyanatı "şantaj forması" kimi qiymətləndirib. "Qorxuram ki, əgər həmin şantaj işə düşsə bizi sadəcə növbəti qanlı döyüş eskalayiları gözləyir. Mümkündür ki, Debaltsevo ətrafında geniş masştablı döyüşlər yenidən başlasın"-deyə Bortnik proqnozlaşdırıb.

Ekspert eyni zamanda iqtisadi blokadanın da effektiv olmayacağını qeyd edib: "Götürək Krımı, hansı ki biz guya oranı iqtisadi blokadada saxlamışıq. Məgər ora ciddi şəkildə zərər görüb? Krımlıların hamısı bir nəfər kimi bizə geri dönmək istədilərmi? Gəlin Abxaziya, Cənubi Osetiya, Dnestryanı məsələləri ətrafındakı dünya təcrübəsini xatırlayaq. Onlar da iqtisadi blokadaya məruz qalıblar. Ancaq həmin vəziyyətdə artıq on illərdir ki, yaşamaqdadırlar".

Politoloq bildirib ki, əgər iqtisadi blokada tədbiq edilərsə, bu sadəcə 3 milyonluq bazarın itirilməsi ilə nəticələnəcək: "Hansı ki, biz öz məhsullarımızı satır və istehsalçılarımız bundan mənfəət əldə edirlər. Eyni zamanda, bizim məəhsullar ora getməsə, onların yerini Rusiya məhsulları tutacaq. Məsələ sadədir: Biz böyük blokadanı tədbiq edə bilmərik. Çünki ora heç də Brest qalası deyil vəə bizim Rusiya ilə 400 km açıq sərhəd zolağı mövcuddur. Rusiyalılar çox rahatlıqla Donbas bazarını işğal edəcəklər və çox rahatlıqla da pullar qazanacaqlar, kifayət qədər gəlir əldə edəcəklər".

Bortnik həmçinin bildirib ki, qeyd edilən məsələlərdən sonra separatçılar tərəfindən işğal olunmuş ərazilərdə yaşayan Ukrayna vətəndaşlarının Ukrayna dövlətinə qarşı inamsızlıqları artacaq və onlarda ruh düşkünlüyü yaranacaq. Hansı ki, blokada tədbiq etmək yerinə, biz orada yaşayan insanları maksimal qaydada humanitar iqtisadi, mədəni və informasiya cəhətijndən təmin etməliyik. Məhz bu olarsa, oradakı əhali yavaş-yavaş bizim tərəfimizdən çıxış etməyə, tərəfdaşımız olmağa, separatçılara qarşı mübarizədə yer almağa başlayacaqlar. Bu baxımdan, Donbasın blokadaya alınması təklifi Ukrayanaya siyasi tərəfdən başqa heç bir digər dividentlər gətirməyəcək"

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə