“Bu insanlarda istefa verəcək mədəniyyət yoxdur” AÇIQLAMA

“Bu insanlarda istefa verəcək mədəniyyət yoxdur” AÇIQLAMA

"Ümumiyyətlə mən mədəni və sivil bir mübarizənin tərəfdarıyam. Məhz AXCP də olduğum illərdə də siyasi mədəniyyətin olması üçün səy göstərirdim. Siyasət fərdlər üzərində qurulanda, zərbəni və ya faydanı birbaşa onlar alır". Bu fikirləri SİA-ya AXCP-nin keçmiş sədr müavini Razi Nurullayev keçmiş partiyasından istefalara münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, təkcə AXCP-də deyil, bütün müxalifət partiyalarında problemlər birinci şəxslərdən qaynaqlanır: "Bu insanlarda istefa verəcək mədəniyyət yoxdur. Zənnimcə, uğursuzluq olduğu halda iki dönəmdən artıq partiyada sədr vəzifəsində qalmaq insanlarda problem və inamsızlıq yaradır.Bu baxımdan da AXCP dən istefa verənlərə haqq qazandırıram. Müxalif partiya liderləri ya vaxtında postdan getməyi bacarmalı, ya da müəyyən nəticəyə nail olmalıdırlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə