Nemtsova atəş açılan silah tapıldı, Dadayev inkar edir İSTİNTAQ

Nemtsova atəş açılan silah tapıldı, Dadayev inkar edir İSTİNTAQ

Rusiyanın hüquq-mühafizə orqanları siyasətçi Boris Nemtsovun qətlində istifaə edilən silahı aşkarlayıblar. SİA "intefax.ru"ya istinadən xəbər verir ki, artıq həmin silah götürülərək, ekspertiza üçün tərtib edilən materiallara əlavə olunub. Saytdakı mənbə onu da qeyd edib ki, qətl hadisəsi üzrə bir neçə tapança tapılıb və onların hər biri ekspertizaya göndərilib. "İki tapança Moskva çayında aşkarlanıb, digər silahlar isə əsas fiqurant Zaur Dadayevin mənzilində aşkarlanıb. Lakin həmin silahların heç biri qətl hadisəsində istifadə edilməyib. Lakin buna baxmayaraq, həmin silahlar hadisədə günahlandırılan fiqurantlara nümayiş etdiriləcək və onlara istintaqçılar tərəfindən müəyyənləşdirilmiş suallar veriləcək"- deyə qeyd olunur.

Xatırladaq ki, Rusiyanın məşhur siyasi xadimlərindən və müxalifətçilərindən biri hesab olunan Boris Nemtsov bu il fevralın 27-də Moskvanın "Bolşoy Moskvoretsk" körpüsündə ona açılan atəş nəticəsində qətlə yetirilib. Ölüm faktına görə görə cinayət işi açılıb. İstintaqla Rusiyanın Baş istintaq idarəsi məşğuldur.

Moskvanın Bassman məhkəməsinin qərarına görə, ehtimal olunan qatil Zaur Dadayev, Anzor Qubaşev və onlarla iş birliyində olmaları ehtimal edilən Həmzət Baxayev, Şədid Qubaşev və Tamerlan Əsgərxanov

avqustun 28-nə qədər istintaq altında saxlanılmaqdadırlar. Cinayətdə adları hallanan beş fiqurantdan dördü qətl hadisəsində əlləri olmadığını bildirirlər. Dadayev isə cinayəti törətdiyini etiraf etmişdi. Lakin sonradan bəyan etmişdi ki, martın 5-də naməlum adamlar tərəfindən oğurlanıb, həmin ayın 7-də isə təcridxanaya salınıb. O bildirib ki, qətli törətməsi barədə etdiyi etiraf təzyiq altında baş verib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə