İyunun 4-dən 5-dək Parisdə "Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi" mövzusunda parlament konfransı keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, konfransda Milli Məclis Sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Azay Quliyev, Asim Mollazadə və Sahibə Qafarova daxildirlər.
Avropa Şurası Parlament Assambleyasının təşkilatçılığı ilə keçiriləcək bu iclasda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Konfransda Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB