Rövşən Rzayev: “Müzakirələrin aparılmasında maraqlıyıq” AÇIQLAMA - SƏS TV
"ATƏT-in fəaliyyətdə olan sədrinin ölkəmizə səfəri çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə də görüş təyin edildi və görüşdə bir sıra məsələləri müzakirə etdik. Yarım saatlıq görüş bir saata qədər uzadıldı. Çünki suallarımız və almaq istədiyimiz cavablar çoxluq təşkil edirdi. Artıq 20 ildən çoxdur ki, Azərbaycanın torpaqları işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkünü var. Bu baxımdan da biz bu kimi görüşlərin keçirilməsində olduqca maraqlıyıq". Bu fikirləri SİA-ya açıqlamasında Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, Dağlıq Qarabağın azərbaycanlı icmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiçinlə görüşdən danışarkən deyib.
Millət vəkili qeyd edib ki, sədrlə görüş çərçivəsində öz irad və təkliflərimizi səsləndirdik: "Qeyd etdik ki, biz ölkə prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və danışıqlar prosesinin öz həllini tapacağını gözləyirik. Eyni zamanda sülhsevər dövlət olaraq yalnız sülhün tərəfdarı olduğumuzu diqqətə çatdırdıq. Biz ATƏT sədrindən tutarlı cavabları gözlədiyimizi də qeyd etdik. O isə öz növbəsində əlindən gələn bütün məsələləri həll edəcəyinə dair fikirlər səsləndirərək, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmasında maraqlı olduqlarını deyib. ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə öz tövhəsini verəcəyinə inanırıq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB