"Ümumiyyətlə Azərbaycan gəncliyinin böyük əksəriyyəti ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını dəstəkləyir. Amma müxalifyönlü bir qrup insanlar da var ki, onlar qarayaxma kampaniyaları həyata keçirirlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP GB sədrinin sözlərinə görə, onlar bu "qara-piar" kampaniyasını xüsusilə də sosial şəbəkələr vasitəsilə aparırlar: "Bəzən isə görürsən ki, onlar bu işləri xarici dövlətlərlə oturub bir yerdə həyata keçirmək istəyirlər. Mən onları bu hərəkətlərinə görə qınayıram. Çünki bu uğuru, gözəlliyi, ümummilli marağımızı, Azərbaycanı dünyaya tanıdacaq olan, bir milyarda yaxın insanın izləyəcəyi, 20-dən artıq dövlət rəhbərinin iştirak edəcəyi, on minlərlə qonağın Bakıya gələcəyi məqamda ölkəmizin bu cür uğurlarını görməmək sadəcə korluqdan xəbər verir. Təbii ki, burada maraqlı olan qüvvələr müxalifətdən yetərincə istifadə edir. Sosial şəbəkələrdə bizim gənclərimiz onları yerindəcə oturdurlar".
S.Orucov əlavə edib ki, gənclərimiz qoymur ki, onlar "qara-piar" kampaniyasında daha da aktivləşsinlər: "Bununla belə, erməni diasporası da "tvitter" sosial şəbəkəsində bu sahədə çox aktivlik göstərmək istəyir. Onlar idmançıları, iştirakçıları Azərbaycana gəlməməyə səsləyirlər. Təbii ki, bu da say etibarilə o qədər çox deyil. Onlar hər zaman Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edəndə bu vasitəyə əl atırlar. Amma heç birində də nəticə olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB