"Milli Şura və Müsavat partiyası bu gün rəqabətdə olan iki siyasi qurum halına gəlib. İndiki məqamda bu lüzumsuz rəqabətin xalqa hər hansı bir xeyir verəcəyinə qətiyyən inanmıram". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının keçmiş Divan üzvü Tural Abbaslı deyib.
Tural Abbaslı qeyd edib ki, bu fonda Müsavat partiyasının aksiyada iştirak etməməsi gözlənilən idi: "Mən bu münasibətlərin şəxslərin adları ilə bağlı olmasının tərəfdarı deyiləm. Siyasi münasibətləri ilk növbədə xalqın, sonra isə siyasi maraqların fonunda tənzimlənməsi önəmlidir. Burada liderlərin şəxsi münasibətləri partiya münasibətlərinə qarışdırılmamalıdır. İndiki siyasi vəziyyətdə mitinq qərarları verilərkən ümumi müxalifətin razılığı əldə edilməlidir. Çünki bu gün müxalifətin siyasi vəziyyəti o dərəcədə passivdir ki, meydanı heç biri tək başına doldura bilməz. Artıq insanlar parçalanmış müxalifəti yox kordinəli və monolit müxalifət görmək istəyir. Cəmiyyətdən gələn siyasi sifarişi nəzərə almamaq isə bunlar üçün heç də uğurlu addım deyil".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB