"Bayraq bizim ən mühüm dövlət atributlarımızdan biridir. Bu nöqteyi nəzərdən I Avropa Oyunlarının gedişatı zamanı heç şübhəsiz ki, ondan istifadə qaydalarına xüsusi diqqət yetirilməlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.
E. Nəsirov qeyd edib ki, ilk Avropa Oyunları zamanı Azərbaycana minlərlə turist gələcək: "Bu turistlərin böyük bir qismi Azərbaycan bayrağını elə də yaxşı tanımırlar. Hesab edirəm ki, bayrağımız onlara necə təqdim olunsa, elə də yadda qalacaq. Eyni zamanda ölkəmizə gələn turistlərə bayraqdan istifadə qaydaları göstərilməlidir. Bayrağımızı necə tutmaq və s. qaydalar öyrədilməlidir. Hesab edirəm ki, bayrağa biganə yanaşmaq, lazımsız yerlərdə unutmaq, yerləşdirmək olmaz. Ona görə də buna qarşı maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə turistlərə bu qaydalar öyrədilməlidir. Bayrağa münasibət dövlətə münasibətin ifadəsidir. Ona görə də mühüm dövlət atributu ilə istifadə qaydalarında son dərəcə dəqiq olmaq lazımdır. Çünki bu, dövlətçilik məsələsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB