ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri başlayıb

ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri başlayıb

ATƏT-in fəaliyyətdə olan sədri statusunda Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana rəsmi səfərə başlayıb. SİA-nın məlumatına görə, səfər çərçivəsində İ.Daçiçin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra Xarici İşlər Nazirliyində KİV nümayəndələri üçün birgə mətbuat konfransı keçiriləcək.

Səfər iyunun 1-də başa çatacaq. İ.Daçiç sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə