Mixail Saakaşviliyə vəzifə verilib

Mixail Saakaşviliyə vəzifə verilib

Ukrayna prezidenti Petro Poroşenko Gürcüstanın eks prezidenti Mixail Saakaşviliyə vəzifə verib. SİA-nın məlumatına görə, Poroşenko Odessa vilayəti dövlət administrasiyasının başçısının Saakaşvilinin təyin olunması barədə qərar imzalayıb. "Mixail Saakaşvili Odessa vilayəti dövlət administrasiyasının başçısı təyin olunsun", - deyə qərarda bildirilir. Bundan əlavə, eks Gürcüstan prezidentinin vətəndaşlığa qəbul olunması barədə də qərara Poroşenko imza atıb.

Mixail Saakaşvilinin artıq ilk tapşırıqlar verməsi barədə xəbərlər gəlir. O, Odessa şəhərinin saytının təkmilləşdirilməsini tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə