Tural Abbaslı: “Əks təqdirdə rəhbərliyi siyasi arenadan siləcəklər” AÇIQLAMA

Tural Abbaslı: “Əks təqdirdə rəhbərliyi siyasi arenadan siləcəklər” AÇIQLAMA

"Əli Kərimlinin bu fikirləri ancaq təəssüf hissi doğurur. İndiki məqamda özünü real müxalifət partiyası hesab edən heç bir qurum digər müxalifət partiyasının zəifləməsini və mövqe itirməsini istəməz". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqanlığa namizədi olmuş partiya funksioneri Tural Abbaslı deyib.

Tural Abbaslı qeyd edib ki, belə intriqalar illərdir müxalifətdə mübarizə aparan partiya üzvlərinin əziyyətinin üstündən xətt çəkmək deməkdir: "Əsas məqsəd on illərlə müxalifətdə qalan partiyalar arasında birinci olmaq deyil. Məqsəd Azərbaycanda hakimiyyətə gəlmək olmalıdır".

Müsavat funksioneri təəssüf hissi ilə onu da vurğulayıb ki, bəzən siyasi partiyalar arasındakı münasibətlər həmin partiyaların rəhbərlərinin bir-birilərinə münasibəti çərçivəsində müəyyən olunur: "Artıq belə yersiz və uğursuz rəqabəti buraxıb real mübarizəyə keçmək zamanıdır. Əks təqdirdə partiyalardakı intriqalara bulaşmamış fədakarlar rəhbərliyin özünü siyasi arenadan siləcəklər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə