"Düşünürəm ki, Azərbaycanda olan 4 milyon yarım gəncliyin əksəriyyəti sosial şəbəkələrdədir. Şəxsən mən özüm "facebook"da, "tvitter"də 7-10 min nəfərə yaxın gənci görən, izləyən biri kimi deyə bilərəm ki, o qədər də ölkəmizə qarşı qarayaxma kampaniyası aparıla bilmir". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində yaradılan Etika Akademiyasının rəhbəri Günel İbrahim deyib.
Onun sözlərinə görə, "facebook"da, "tvitter"də və digər sosial şəbəkələrdə müvəqqəti olaraq yalnız bir neçə şüarlar görə bilərik: "Bu gün Azərbaycan gəncliyi çox yüksək əhval-ruhiyyədədir. Biz Etika Akademiyası olaraq turizm sahəsinə çox böyük dəstək verdik ki, I Avropa Oyunlarında yüksək servis görsünlər, eləcə də jurnalistlərlə bağlı pozitiv düşünmə və qələmi doğru istifadə edərək Azərbaycan dövlətçiliyi üçün böyük bir töhfə olsunlar. I Avropa Oyunlarını hər kəs böyük həyəcanla gözləyir. Düşünürəm ki, qara-piarla bağlı hər kəsi buna aludə olmamağı mütləq məsələləri ayırmağı və baş verən hadisələrdə siyasi qiymətləndirmədən uzaq durmağı tövsiyə edirəm. Bu, həqiqətən də bizi sevməyən insanlara xidmət etmək deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB