“Aİ Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir” AÇIQLAMA

“Aİ Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir” AÇIQLAMA

"Riqa Sammitində də Avropa İttifaqı göstərdi ki, Azərbaycana qarşı ikili standartlara yol verir". SİA-nın məlumatına görə, Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün "The business year" jurnalının Azərbaycana həsr olunmuş sayının təqdimat mərasimi zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərir və nümayəndə heyətimiz Sammitə qatılmamaqla bağlı düzgün qərar qəbul edib: "Hesab edirik ki, bizim nümayəndə heyətimiz düzgün qərar qəbul etdi və xüsusi rəylə çıxış etdi. Çox təəssüf ki, Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən sammitdə də ərazi bütövlüyü məsələsinə yanlış münasibət ifadə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə