Tural Abbaslı: “Vurğun Əyyub partiyadan sifarişlə çıxarılmışdı” AÇIQLAMA
"Binəqədi Rayon Təşkilatının Şurası tam hüquqi və düzgün keçirilib. Orada hər həftənin 2-ci günü Şura iclasları keçirilir. Bunu partiyada həmin Rayon Təşkilatının üzvü Arif Hacılı daxil hər kəs bilir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqanlığa namizədi olmuş partiya funksioneri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, keçirilən iclas ənənəvi iclaslardan biri idi: "Orada sədrin iştirak edə bilməməsi iclasın legitimliyini şübhə altına almağa əsas vermir. Nizamnamədə də bu təsbit olunub. Belə ki, sədr iclasda iştirak edə bilmirsə şura öz üzvləri arasından iclasın sədrini və katibini seçir. Binəqədi şurasının 15 üzvündən 10-nun iştirak etdiyi iclasa biabırçılıq deməyin özü etik deyil. Həmin iclasda da tam qanunu səs vermə keçirilib və sübut olunub ki, 8-ci özəyin iclası Nizamnamə pozuntuları ilə müşayət olunaraq yetərsaysız keçirilib. Bundan sonra həmin özəyin protokolu səavermə yolu ilə 9 lehinə 1 bitərəf olmaqla ləğv edilib. Burada söhbət yalnız Vurğun Əyyubun partiyaya bərpasından getmir. Burada söhbət özəyin saxta iclasının protokolunun ləğvindən gedir".
Tural Abbaslı həmçinin onu da qeyd edib ki, Vurğun Əyyub haqqında verilən qərar tam Nizamnaməyə uyğun qərardır: "MNTK-nın bu məsələdə belə qərəzli mövqe tutması V.Əyyubun partiyadan çıxarılmasının sifarişli olduğunu bir daha sübut edir. Qeyd edim ki, həmin iclasda MNTK-nın üzvü də iştirak edib və əgər bu iclas Nizamnaməyə uyğun deyildisə niyə orada irad bildirilməyib. MNTK-ya isə hansısa qrupun tələblərinin icrasına deyil, Nizamnamənin tələblərinin icrasına diqqətlə yanaşmağı məsləhət görürəm".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB