"Heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın qazandığı hər bir uğura əngəl törətməyə çalışırlar". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT)sədri Akif Nağı ermənilərin cəbhə xəttindəki təxribatçı əməllərinə münasibət bildirərkən deyib.
QAT sədrinin sözlərinə görə, ermənilər I Avropa Oyunlarının Bakıda keçirilməsini heç cürə həzm edə bilmirlər: "Azərbaycan qarşı aparılan qara-piar kampaniyasını maliyyələşdirən təşkilatların böyük əskəriyyəti də məhz ermənilərdir. Çünki burada erməni barmağı var. Erməni nümayəndələri Bakıda keçiriləcək oyunlar zamanı iştirak edib-etməyəcəyi ilə bağlı spekulyasiya edirlər. Hətta onlar I Avropa Oyunları başlanan an cəbhə xəttində atəşkəs rejimini pozacaqları ilə bağlı fikirlər səsləndirirlər. Hesab edirəm ki, bütün bunlara qarşı ATƏT-in Minsk qrupu ciddi addımlar atmalıdır. Heç olmasa onlar burada bir qədər obyektiv olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB