Elşad Mirbəşiroğlu: “Münaqişələrin tənzimlənməsi Avropa üçün prioritet deyil” AÇIQLAMA
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə Avropanın diqqət mərkəzində olması Azərbaycanın istəklərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşir oğlu deyib.
Onun sözlərinə görə, Avropa postsovet məkanında cərəyan edən proseslərə əsasən öz maraqları prizmasından yanaşır. Avropanın susqunluğu, qeyri-obyektiv mövqe nümayiş etdirməsi özü üçün prioritet deyil: "Şərq tərəfdaşlığı layihəsi, postsovet ölkələrinin Avropa inteqrasiyasını daha səmərəli və dinamik edilməsini şərtləndirmək üçün dövriyyəyə buraxılmışdır. Şərq tərəfdaşlıq proqramı çərçivəsində, kifayət qədər konstruktiv addımların atıldığını qeyd etmək mümkündür. Bir daha qeyd edirəm ki, burada prioritetlər əsasən postsovet məkanı ilə Avropa arasında təmaslar müxtəlif fəaliyyət sahələrini əhatə etməklə geniş məsələləri əhatə edir. Təbii ki, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, həmçinin bu proqramda iştirak edən ölkələrin müxtəlif xarakterli problemlərinə diqqətin ayrılması da nəzərdə tutulur. Bildiyiniz kimi, postsovet məkanında ən ağrılı məsələlərdən biri də uzun illərdən bəri həlli tapılmayan münaqişələrin qalmasıdır. Misal üçün bizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsidir. Uzun müddətdir ki, bu məsələ həllini tapmır. Bu münaqişənin tənzimlənməsi məsələsi Avropanın diqqət mərkəzində olması və daim bu məsələyə yüksək diqqətin göstərilməsi Azərbaycanın istəklərindən biridir. Təəssüf ki, Avropa post sovet məkanında cərəyan edən proseslərə əsasən öz maraqları prizmasından yanaşırlar. Bu günə qədər Azərbaycanın, eyni zamanda Gürcüstanın üzləşdiyi digər məsələlərlə bağlı Avropanın susqunluğu, əlbətdə ki, bir çox hallarda qeyri obyektiv mövqe nümayiş etdirməsi, ondan xəbər verir ki, dondurulmuş münaqişələrin tənzimlənməsi Avropa üçün prioritet deyil. Hətta Qərb rəsmilərinin dillərindən də biz eşidirik ki, onlar regionlarda həyata keçirdikləri əsas strategiyada öz məqsədlərini güdürlər və bu münaqişələrin tənzimlənməsində hər hansı bir prinsipial addım atmaq iqtidarında deyillər. Biz bunu 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş avqust müharibəsi zamanı da müşahidə etdik və gördük ki, faktiki Gürcüstan Rusiya ilə üzbəüz qoyuldu və tək buraxıldı. Bu da ondan xəbər verir ki, Riqa Sammitində dondurulmuş münaqişələrin müzakirə olunması ehtimalı olsa da, orada bu münaqişələrlə bağlı hər hansı bir sənədin konkret qəbul edilməsi inandırıcı görünmür".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB