Fazil Mustafa: "Prezident çıxışı zamanı ürəyimdən keçənləri ifadə etdi"

"Məmurların öz fəaliyyətlərində dəyişiklik edəcəklərinə ümid edirəm"
Fazil Mustafa: "Prezident çıxışı zamanı ürəyimdən keçənləri ifadə etdi"

"Əlbəttə, Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi üzüntümüzə səbəb oldu". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkli bildirib ki, ürəyimdən keçənləri Prezident İlham Əliyev çıxışı zamanı ifadə etdi: "Bundan sonrakı fəaliyyəti də nəzərə almaq lazımdır. Əks halda bu məsələlərin həllində daha böyük faciələrin yaşanması qaçılmaz olacaqdır. Bir sözlə, məmurlar artıq bilməlidirlər ki, insan həyatından dəyərli heç nə yoxdur. Ümid edirəm ki, Prezident İlham Əliyevin bu çıxışından sonra məmurlar öz fəaliyyətlərində dəyişiklik edəcəklər. Hər bir kəs, eləcə də məmurlar insan taleyinə və faciəsinə səbəb ola biləcək bu addımlardan əl çəksinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə