Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunu "Şərəf" ordeni ilə təltif edib. SİA-ya bu barədə rus mətbuatına istinadən xəbər verir. Məlumata görə, V.Putin bu gün Kremldə dövlət mükafatlarını təqdim edib. Ümumilikdə 40 nəfər mükafata layiq görülüb. Onların arasında elm və mədəniyyət xadimləri, kənd təsərrüfatı və digər sahələrin əməkdaşları, siyasətçilər, diplomatlar, dini təşkilatların nümayəndələri, ictimai xadimlər, idmançılar, kosmonavtlar və iş adamları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB