"Əsrlər boyu ruslar, yəhudilər, talış, ləzgi və digər ektnik qruplarla birgə yaşamışıq və onlar ölkəmizdə gözəlliklər yaradıblar. Azərbaycanda muğam və caz, məscid və sinaqoq var". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr" panelində çıxışı zamanı Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
S. Seyidov bildirib ki, Azərbaycan dünyaya açıq ölkədir:" Azərbaycan terrorizm və işğalla, milli mədəniyyətin məhv edilməsi ilə üzləşib. Biz digər mədəniyyətlərin vacib olduğunu qəbul etməliyik. Yüz minlərlə qaçqın və köçkünü yerləşdirmək necə mümkün idi? Bu, bizim onlara münasibətimizdən, təmkinliyimizdən irəli gəlirdi. Biz çalışmalıyıq ki, daha yaxşı dünya quraq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB