"Dini anlaşmanın olmaması problemlər yarada bilər"

"Dini anlaşmanın olmaması problemlər yarada bilər"

"Bu gün dünya əhalisinin 80 faizi özünü dindar hesab edir. Dini sahədə anlaşmanın olmaması böyük problemlər yarada bilər". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr" panelində çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin BMT Sivilizasiyalar Alyansı ilə iş üzrə nümayəndəsi Konstantin Şuvalov cöyləyib.

Konstantin Şuvalov deyib ki, İraqda yezidilərə qarşı hücum narahatlıq doğurur, Suriyada baş verənlər böyük faciədir: "Burada siyasi maraqlarla bərabər dini amillər də qarşıdurmalarda mühüm rol oynayır. Bu gün insanlar ekestremizmin başqa ölkələrə yayılmamasından qoruxurlar. Ona görə də dini liderlər müxtəlif dinlərin təmsilçiləri arasında anlaşmanı təmin etməyə çalışmalıdırlar. Çalışmalıyıq ki, bu və ya digər dinlərin təmsilçiləri fikirlərini ifadə etməyə imkan tapsınlar. Elmi və dini dairələr bu işə fəal şəkildə qoşulmalıdır. Dinlər və mədəniyyətlərarası dialoq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dini assosiasiyalar arasında birlik qurulmalıdır, belə olan halda sülh təmin edilmiş olar. Biz buna görə də Rusiyada müxtəlif dinlərin təmsilçiləri ilə birgə görüşlər keçiririk. Burada dini liderin statusunu da qeyd etməliyik. Dini liderlərin rolu dinlər arasında anlaşmada mühümdür, o liderlərlə təmaslar sıx olmalıdır. Bəlkə də indiyə qədər buna xüsusi diqqət yetiriloməyib, ona görə də "Əl-Qaidə" və digər terror təşkilatları dini amillərdən istifadə edə biliblər".

Bütün xəbərlər Facebook səhifəmizdə