Kabul aeroportu qarşısında terror hadisəsi tördilib. SİA xəbər verir ki, bu barədə "Reuter" agentliyi yazıb. Belə ki, Terrorçu kamikadze idarə etdiyi "Toyota Corolla" avtomobili vasitəsiə NATO hərbi birləşmələrinə aid avtokarvana hücum aktı həyata keçirib. Yerli polisin bildirdiyinə görə, terror hadisəsi avtokarvan Kabulun əsas aeroportundan NATO-ya aid olan hərbi hissəyə doğru hərəkət edərkən baş verib.
Əfqanıstanın daxili işlər nazirinin müavini Nəcib Daniş də dəqiqləşdirdiyi informasiyalara görə bildirib ki, insident nəticəsində NATO-nun bir avtomobili və vətəndaşlara aid digər iki avtomobil sıradan çıxıb. Şahidlər deyirlər ki, qanlı hadisədə ən azı üç nəfər mülki vətəndaş həlak olub.
Hələlik hadisəni heç bir terror təşkilatı üzərinə götürməyib.
Qeyd edək ki, bir neçə gün öncə, mayın 13-də terrorçuların Kabuldakı "Park Palace Hotel" mehmanxanasına etdikləri hücum nəticəsində 14 nəfər həyatını itirmişdi. Onlardan 1 amerikalı və 4 Hinidistan vətəndaşı daxil olmaqla, 9 nəfəri xarici vətəndaşlar olub. 7 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya qaldırılmışdı. Həmin hadisəni "Taliban" hərəkatı öz üzərinə götürmüşdü.
Xatırladaq ki, NATO ölkələrinin xarici işlər nazirləri qərara gəliblər ki, 2016-cı ildən sonra Əfqanıstandakı hərbi birləşmələrin sayını azaltsınlar. Hazırda bu ölkədə ümumilikdə 13 min NATO əsgəri mövcuddur. Onlardan 10 mini ABŞ-ın, 3 mini isə digər ölkələrin hərbi birləşmələridir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB