12 iyun qeyri-iş günüdür?

I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb. Bu barədə jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, məsələ bugünkü iclasın gündəliyndə yer alsa da, sonradan gündəlikdən çıxarılıb.

O qeyd edib ki, məsələnin növbəti iclasların gündəliynə salınıb-salınmaması ilə bağlı hələ məlumat yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə