"Avropa Parlamentinin, Qərbin "demokratiya carçılarının", o cümlədən, "Amnesty İnternational", "Freedom House" kimi təşkilatların I Avropa Oyunlarını boykot çağırışı etmələrini, böyük idman hadisəsinə hazırlıqla bağlı həyata keçirilən tədbirlərə qarşı dezinformasiya xarakterli məlumatların ötürülməsini ilk növbədə Azərbaycanın güclü və qətiyyəti qarşısında göstərilən acizlik kimi qiymətləndirmək istərdim". Bu fikirləri SİA-ya Zəngin Azərbaycan Uğrunda Mübarizə (ZAUM) İctimai Birliyinin sədri, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının təmsilçisi İradə Əliyeva qeyd edilən məsələyə münasibət bildirərkən deyib.
QHT sədrinin fikrincə, əslində bir sıra Qərb siyasi dairələrinin qərəzli mövqeyi anlaşılandır: "Avropanın bir sıra dövlətlərində, xüsusilə Almaniya, Fransa kimi qabaqcıl inkişaf etmiş dövlətlərdə Avropa Oyunları ilə bağlı qara "PR" ("piar"-red.) müəyyən mənada səmərəli fəaliyyət göstərir. Rəsmi dövlət mövqeyinin olmamasına baxmayaraq, Avropa Oyunlarının boykot edilməsi istiqamətində "canfəşanlıqla" çalışan qüvvələr mövcuddur. Qərbin qərəzli mövqeyi anlaşılandır. Çünki bu gün dünyada erməni lobbisi deyilən və faktiki olaraq Qərb və ABŞ-da at oynadan oğru-quldur dəstəsi mövcuddur. Təəssüf ki, insan bərabərliyindən, hər cür ayrıseçkiliyin ləğvi barədə car çəkən Qərb dünyası xristian amilini öz siyasətindən kənarlaşdıra bilmir: "Ölkə başçımız cənab İlham Əliyevin də daim vurğuladığı kimi, ikili standartlar bu gün Qərb dünyasının aparıcı siyasətidir. Humanizm carçısı olan Qərb milyonlarla qaçqının öz doğma el-obalarına qaytarılması üçün illərdir ki qətiyyətli bir addım atmır, insanlığa sığmayan erməni cinayətləri hələ də cəzasız qalır, amma nə üçünsə Qərbin bəzi dairələrinə Avropa oyunlarının ifşası məsələsi daha maraqlıdır. Çünki Qərb demokratiyanın, söz azadlığının hakimliyi "altındadır". Milyonlarla azərbaycanlının tələbi isə Qərb üçün təsirli deyil.
Lakin Azərbaycanda daxili sabitliyi pozmaq, "demokratiya" yaymaq daha təsirlidir. Biz bunu Misirdə, Liviyada, Suriyada, İraqda və s. dövlətlərdə gördük. Ancaq ölkəmizə qarşı təzyiq dili ilə danışmağa cəhd edənlər daha bir faktoru unutmamalıdırlar ki, Azərbaycan heç də onların düşündükləri ölkələrdən deyil".
İradə Əliyeva Azərbaycana qarşı çıxan bir sıra Qərb siyasi dairələrinin ölkəmizdəki mövcud vəziyyətdən dərs çıxarmalı olduqlarını da deyib:
"Burada demokratiyanın inkişafı digər Qərb ölkələrinə örnək verə biləcək qədər güclüdür. Tolerantlıq, millətlərarası mədəniyyət kimi amillər islamafobiya və ksenofobiya tüğyanında boğulan Avropa ölkələrindən qat-qat yüksək səviyyətə inkişaf edir. Bu baxımdan, yaxşı olardı ki, Azərbaycanda baş tutacaqa bu möhtəşəm və bənzərsiz idman hadisəsi ərəfəsində buturub gəlsinlər ölkəmizə və nə qədər yanlış yolda olduqlarının fərqinə varsınlar. Bəlkə onda reallığın nə olduğunu dərk edərlər".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB