Elçin Mirzəbəyli: “Bəzi dövlətlərin əlində idman siyasi alətə çevrilir”

Elçin Mirzəbəyli: “Bəzi dövlətlərin əlində idman siyasi alətə çevrilir”

"Azərbaycanda hər kəsə bəllidir ki, I Avropa Oyunları öncəsi qarayaxma kampaniyası haradan idarə olunur. "Amnesty İnternational" təşkilatının yaydığı hesabat da Azərbaycana qarşı həyata keçirilən və bir mərkəzdən idarə olunan total kampaniyanın bir hissəsidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

İsveç Olimpiya Komitəsinin prezidentinin Azərbaycanla bağlı doğru olmayan fikirlərinə münasibət bildirən BAXCP rəsmisi deyib ki, İsveç Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqe tutan və bilavasitə bu prosesdə ermənilərə dəstək verən ölkədir: "İsveç Olimpiya Komitəsinin siyasi proseslərdə iştirakı sübuta yetirir ki, bəzi dövlətlərin əlində idman siyasi alətə çevrilir. İsveç Olimpiya Komitəsinin prezidenti bu addımı ilə nəinki rəhbərlik etdiyi qurumu, bütövlükdə təmsil etdiyi ölkənin neytrallığını şübhə altına alır".

Bütün xəbərlər Facebook səhifəmizdə