Azər Ayxan qınadı MÜNASİBƏT

“DƏSTƏKLƏMİRƏM”
Azər Ayxan qınadı MÜNASİBƏT

"Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı təəssüf ki, heç nə deyə bilməyəcəyəm. Çünki Müsavat Partiyasının sıravi üzvüyəm və rəhbərlik strukturlarında təmsil olunmuram". Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redkatorunun müavini Azər Ayxan Vurğun Əyyubun partiya sıralarından xaric edilməsinə münasibətini bildirərkən deyib.

Baş yazarın müavini I Avropa Oyunlarına hazırlıqla bağlı bəzi Qərb siyasi qurumlarının və bir sıra ənənəvi müxalifət dairələrinin qərəz və şantaj piarı aparmalarına da münasibətini bildirib. Onun sözlərinə görə, bu hadisə Azərbaycanın təbliği üçün önəmli rol oynayır və ona qarşı çıxanlar, "boykot" çağırışı edənlər yanlış fikirdədirlər: "Mən, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm və "boykot" çağırışı edənləri dəstəkləmirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə