Ölkə başçısı: "Biz Holland sindromuna məruz qalmadıq"

Ölkə başçısı: "Biz Holland sindromuna məruz qalmadıq"

"Yaxın illərdə qazın ixracatda çəkisi artacaq. Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymağa təşviq edirik". SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxış edərkən deyib.

Dövlət başçısı söyləyib ki, Azərbaycan neft və qaz istehsalçısı öldüğü üçün dünyada neftin və qazın qiymətindəki radikal dəyişiklik narahatlıq doğurur: "Ancaq bu bir çağırışdır ki, büdcəyə nəzarət edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. Qara qızılın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitləri azuolunmaz hadisələrdən sığortalamaq vacibdir. İqtisadiyatımızın hər zaman neft və qazdan asılılığının azaldılmasına çalışmışıq və davamlı inkişafı əsas götürmüşük. İqtisadiyatımızın 70 faizi qeyri-neft sektorundan ibarətdir. İxracımızda isə neft və qaz əsas yer tutur. Bu da təbiidir .Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, xarici borc ümum daxili məhsulun 10 faizini təşkil edir. Müstəqillik illərində 200 miilyard dollar sərmayə cəlb etmişik. Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə kimi qalmaqdadır. Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən də aşağıdır. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər aşağı salmağımızdır. Bu göstərir ki, biz Holland sindromuna məruz qalmadıq. Bəzi ölkələlərdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnmməsi idi".

Azərbaycanda regionların inkişafı ilə bağlı 3 Dövlət Proqramının qəbul olunğunu deyən Dövlət başçısı vurğulayıb ki, bu gün Neft Fondunun vasitəsi ilə 500-dən artıq xəstəxana, 3 mindən artıq məktəb tikilib: "20 il əvvəl Azərbaycana səfər edənlər Bakının acınacaqlı vəziyyətdə olduğunu görürdülər. Lakin indi Bakı tamamilə dəyişib. Neft gölləri təmizlənib, ətraf mühit yaxşılaşdırılıb. Əgər Azərbaycan 70 il bundan əvvəl müsəqil olsaydı, bu gün daha da zəngin ölkə olardı. Enerji təhlükəsizliyimiz həmçinin öz sərvətlərimizə arxalanmağımız iqtisadi inkişafımızın əsasını təşkil edir. Xəzərdə ən böyük- 25 milyon ton yük qəbul etmə qabiliyyətinə malik liman tikilir. Azərbaycanda unikal model olan "Asan xidmət" yaradılıb. Müasir darəçilik metodları, iqtisadiyyatda şaxələnmə əsas istiqamətdir. Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edəcək".

"Milli valyutamız çox gücləndiyi üçün devalivasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu. Qonşu ölkələrdə devalivasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalivasiay etməli olduq. Bu gün valyuta ehtiyatlarımız ümumdaxili məhsulun 70 faizinə bərabərdir. Biz özəl sektorun inkişafına, aşağı faizlə kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq. Biz xarici borcumuzu aşağı səviyyədə saxlayacağıq. Bu gün xarici borcumuz 9,8 faiz həcmindədir və bunu nəzarətdə saxlamalıyıq. Bundan əlavə ölkədə turizmin inkişafına xüsusi diqqət yetiriləcək. Siyasi, iqtisadi azadlığın davam etdirilməsinə çalışacağıq"- deyə, dövlət başçısı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə