Avropada siyasi xaos həyəcanı AÇIQLAMA

Avropada siyasi xaos həyəcanı AÇIQLAMA

"Avropa Ukraynada gedən proseslərdən hədsiz qorxur". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Almaniya kansleri Angela Merkelin ABŞ prezidenti Barak Obamaya Ukrayna məsələsinə görə Rusiya prezidenti Vladimir Putinlə danışıqlara getməyə çağırış etməsinə münasibət bildirərkən deyib.

Mərkəz sədrinin sözlərinə görə, son dövrlərdə Avropada Rusiyaya münasibətlər dəyişib: "Avropada başa düşürlər ki, dünyanın təhlükəsizliyini Rusiyasız təmin etmək mümkün deyil. Hətta Rusiya bunların əleyhinə olsa, ümumiyyətlə dünyada təhlükəsizlik olmayacaq. Avropanın fikrincə dünyada olan bəzi problemlərdə Rusiyanın iştirakı hədsiz vacibdir. Hətta rəsmi Moskvanın rolunu ABŞ-dan da vacib kimi görürlər. Avropalıların fikrincə, Rusiyanın iqtisadiyyatı olmasa, Ukraynanın da iqtisadiyyatını düzəldə bilməyəcəklər. Yəni Rusiya Ukraynanın iqtisadiyyatını düzəltmək üçün hökmən investisiya qoymalıdır. Rusiya Ukrayna ilə iqtisadi əməkdaşlığa başlamalıdır. Hətta avropalıların özü də Rusiya ilə münasibətlərində müəyyən mənada əziyyət çəkirlər. Ona görə də Obama başa düşür ki, Ukrayna prosesi indi elə mərhələdədir ki, Avropanın özünü belə dağıda bilər".

M.Əhmədoğlu əlavə edib ki, əgər Ukraynada problem yaransa, bu, birbaşa Avropada siyasi xaos, iqtisadi çətinlik yaradacaq: "Ona görə də A.Merkel Obamanı dəvət edir ki, Ukrayna problemi ilə ciddi məşğul olsun. Yəni kənardan kimlərinsə sözü ilə oturub-durmasın. Heç də təsadüfi deyil ki, ABŞ dövlət katibi Con Kerri bu yaxında elan etdi ki, Rusiyaya qarşı sanksiya məsələsində ABŞ-la Avropa arasında fikir ayrılığı var. Amerika hal-hazırda Ukraynaya silah göndərmək istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə