"Anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı yayılan məlumatları Azərbaycanda qeyri-hökumət təşkilatlarına bağlı müxtəlif qurumlar aşkar edib. Heç şübhəsiz ki, bu qurumlarla əlaqəli olanlar var". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirakı zamanı Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Şöbə müdirinin sözlərinə görə, bizim özümüz bunları çox yaxşı bilirik: "Hər gün də biz bunu müşahidə edirik: "Bu barədə günlərlə danışmaq olar. Azərbaycana qarşı münasibət qərəzlidir. Ümumiyyətlə ölkəmizə qarşı atılan addımlar bir növ qərəzliliyə söykənir. Bu gün dövlətimizin güclü lideri var. Xalq ilə lider arasında birlik var. Hətta rusca belə bir deyim var ki, "biz artıq bu dərsi keçmişik". Geosiyasi, siyasi və iqtisadi maraqlar hər bir dövlətdə üstün tutulur. Biz artıq müharibə ab-havası yaşayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB