"Ermənilər qondarma "soyqırım"la bağlı Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında heç bir tədbir keçirə bilmədilər. Bu son sessiya ermənilərin uğurunu yox, məğlubiyyətini göstərdi". SİA-nın məlumatına görə, bunu AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
S. Seyidov deyib ki, Azərbaycan nümayəndə heyətinin iki üzvü Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəliblər: "Millət vəkili Sahibə Qafarova Qadınlara qarşı zorakılıq kampaniyasına qarşı, Sevinc Fətəliyeva isə Uşaqlara qarşı zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün görüdüyü koordinasiyanı aparacaq. Bizim xanım nümayəndələrimiz bu vəzifələrə müddətsiz olaraq gətirilib".
S. Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti sessiyada bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldavada olan münaqişələrdən fərqləndirilməsin: "Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə "Avropa Şurası ölkələri içərisində münaqişələr, konfiliktlər və Dağlıq Qarabağ münaqişəsi" ifadəsi "Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar" kimi qeyd edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB