Səfir: “Çalışırıq ki, tarixdən düşmənçilik üçün istifadə etməsinlər”
"Bu gün 23 aprel Milli Suverenlik və Uşaq bayramı, Türkiyədə suverenliyin qeyd-şərtsiz elan edildiyi Türkiyə Böyük Millət Məclisinin açıldığı gündür. Biz bu günü Türkiyədə uşaqlarla qeyd etməyi adət etmişik. Çünki gələcəyi uşaqlarda və gənclikdə görürük". SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Uydurma "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib.
Səfir bildirib ki, bu günü sadəcə Türkiyədəki uşaqlarla deyil, Azərbaycandakı, türk dünyasındakı, ümumən dünyadakı uşaqlarla qeyd etməyə çalışırlar: "Ölkəmizin suverenliyinin xalqa təslim edildiyi günü dünya uşaqları ilə qeyd etməkdə məqsəd onların uşaq olduqlarını başa salmaq, beyinlərində nifrət yaradılmasının qarşısını almaqdır".
İ.A.Coşkun vurğulayıb ki, Türkiyə Çanaqqala zəfərindən dünyaya sülh mesajı verməyə çalışır: "Biz o dövrdən başlayaraq, gənclərimizə bizə qarşı vuruşanlara nifrət aşılaya bilərdik. Ancaq biz Türkiyədən dünyaya sülh mesajı verərək çalışırıq ki, tarixdən düşmənçilik üçün istifadə etməsinlər".
"Bu gün Türkiyəyə qarşı Roma Papasının, Avropa Parlamentinin qərarları meydan oxuma kimi başa düşülə bilər. Ancaq, Türkiyənin mövqeyi göstərir ki, bu gün həmin iddalarla çıxış edənlərə meydan oxuyuruq. Necə meydan oxuyuruq? Əgər həqiqətən də 1915-ci il hadisələrini istəyirlərsə, o dövrdə baş verənləri obyektiv şəkildə anlamaq istəyirlərsə, bunu araşdırmağa 24 aprel tarixindən başlaya bilmərik. Bunun üçün tarixin gerilərinə getmək lazımdır. Ancaq bu uydurma iddiaları tanıyanların məqsədi hadisələri obyektiv görmək deyil. Bunu Roma Papasının, Avropa Parlamentinin qərarlarında görürük. Təəssüf ki, onlar tarixin siyasi məqsədlərə alət edilməsi yolunda ermənilərin illərdir davam etdirdikləri səylərə alət olublar" - deyə, səfir bildirib.
Diplomat vurğulayıb ki, beynəlxalq ictimaiyyət ermənilərin uydurma "soyqırımı" iddialarına deyil, Xocalı soyqırımına düzgün qiymət verməlidir: "Beynəlxalq aləm ermənilərin uydurma "soyqırımı" iddialarına deyil, Xocalı soyqırımına daha çox diqqət çəkməlidir. Necə olur ki, 100 il bundan əvvəl baş verdiyi iddia olunan və heç bir dəlil-sübutu olmayan "erməni soyqırımı" ilə bağlı Avropada bəyanat verilir, amma 23 il bundan qabaq törədilən Xocalı soyqırımına dünya birliyi tərəfindən hüquqi qiymət verilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB