Millət vəkili AŞPA-da İŞİD-dən danışdı

Millət vəkili AŞPA-da İŞİD-dən danışdı

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasısında "İslam dövləti" adlanan terror qrupun fəalliyətinin humanitar fəsadları mövzusunda çıxış edib. SİA-nın xəbərinə görə, S. Fətəliyeva çıxışında bildirib ki, "İslam dövləti" adlanan terror qrupun fəalliyəti müasir dövrün ən dəhşətli hadisələrindən biridir. Onun sözlərinə görə, burada ən dəhşətli məqam terrorçuların özlərini cinayətkarlar qrupu kimi deyil, dövlət kimi görmələridir: "Terror dünyaya infeksiya kimi yayılır. Şübhəsiz idarə olunmaz qeyri-sabitlik daha da inkişaf edəcək və yaxın şərqdə vəziyyəti gərginləşdirəcək. Terrorun inkişafının səbəbi əsl İslam ideyalarna zidd olan insanların dini fanatizmidir. Əsas məqsədləri məhz terrora söykənən insanların fəaliyyəti heç də dinə deyil, əksinə zorakılıq və qətlə əsaslanır. Bununla bərabər özlərini İslam pərdəsi altında gizlədirlər.

Məruzədə qaçqınların vəziyətinin yaxşılaşdırıması, onlara layiqli şəraitin təmin olunması da əks olunub. Millət vəkili bildirib ki, problemin kökündə tarix dayanır: Azərbaycan öz ərazilərində terroristik dövlətin qurulmasından zərər çəkən ölkələrdəndir. Vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri Azərbaycan torpaqlarının erməni terrorçuları tərəfindən işğal etməsindən sonra həmin ərazilərdə narkotik maddələrin trafiki, kontrabanda və terror yuvasına çevrilərək istifadə olunmasıdır. Bəlkə, 20 il öncə AŞPA və digər beynəlxalq təşkilatlar Ermənistanın Dağlıq Qarabağın işğalı faktında daha sərt mövqeq ilə çıxış etsəydilər, 1992- ci ildə günahsız azərbaycanlılar sadəcə azərbaycanlı olduğuna görə qətlə yetiriləndə həmkarlarımız öz narahatçılığlarını daha açıq ifadə etsəydilər bu gun, İŞİD olmazdı. Bir iğtişaşa göz yumanda, biz digərinin baş verməsinə şərait yaradırıq. Yaxın Şərqdə aqressiyaya ərazilərlə yanaşı, mədəniyyətlər və tarix də məruz qalır. Bu sadəcə insan terroru yox, həmçinin mədəni terrorudur. Hamımız İŞİD-in tarixi abidələri dağıtması kadrlarını görmüşük. Eyni zamanda Dağlıq Qarabağda da bunlar baş verib. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş fəaliyyət həyata keçirir. Tarixi, mədəni abidələr izsiz dağıdılır və ya saxtalaşdırılır. Bunların hamısı beynəlxalq konvensiyalara ziddir. Biz görürük ki, terrorçular üçün nə qanunlar, nə konvensiyalar, nə də insanlıq dəyərləri heç bir məna kəsb etmir. Mən dünya ictimaiyyətinin günahsiz insanlar qətlə yetiriləndə, gənclər terrora cəlb olunanda həmçinin gənclərin saxda din ideyalara naminə şəhid olmasına sərt və anında reaksiya verməsini arzulayıram! Bunlar dəyərlərin dəyişməsi, həyat normaların dəyişməsi və ədalətin olmaması nəticəsində baş verir.T errorun miqyasına, yayılmasına və gücünə baxmayaraq terrorçuların bütün qurbanlarına ədalətli yanaşmaq lazımdır. Terror harada baş verməsindən aslı olmayaraq qəbul edilməzdir. İslam və ya başqa din müharibə, zorakılıq və ya terror aləti kimi istifadə oluna bilməz. Şübhəsiz ki, ekstremizm artır və bu dünya birliyi ilə birgə fəalliyətin mövcud olmamasını göstərir. Dövlətlər bir ümumi təhlükə qarşısında şəxsi maraqlarını kənara qoyub səylərini birləşdirməli, vəziyyətin ciddi olmasina qiymət verərək, dərhal reaksiya göstərməli və buna qarşı ciddi adımlar atmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə