Etyen Mahçupyan vəzifəsindən azad edildi

Etyen Mahçupyan vəzifəsindən azad edildi

Türkiyə Baş Nazirinin erməni əsilli müşaviri Etyen Mahçupyan yaşına görə vəzifəsindən ayrıldığını deyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Mahçupyan Baş Nazirin müşaviri vəzifəsindən azad edilib. Belə ki, xaricdə olan Mahçupyan jurnalistlərə verdiyi açıqlamasında artıq rəsmi deyil, fəxri müşavir olduğunu, artıq maaş almadığını təstiqləyib.

Qeyd edək ki, Əhməd Davudoğlu Baş nazir olduqdan sonra baş müşavir olaraq təyin etdiyi Etyen Mahçupyan son dövrlərdə maraqlı açıqlamalarla gündəmə gəlib. Belə ki, son günlər Afrika və Bosniyada olan hadisələrin soyqırımı olaraq dünya gündəminə gətirildiyi bir vaxtda Etyen Mahçupyan "1915-ci ildə ermənilərə qarşı edilənlərə soyqırım deməmək mümkün deyil" kəliməsi işlətmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu başda olmaqla dövlət nümayəndələrinin soyqırımı böhtanına qarşı xarici qüvvələrə sərt reaksiya verdikləri bir vaxtda, Mahçupyanın bu çıxışı diqqət çəkmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə