Təhmasib Novruzov: “Avropada insan haqlarına hörmətdən söhbət gedə bilməz” AÇIQLAMA
"Avropa özlüyündə guya dünyaya örnək olacaq cəmiyyət quruluşu formalaşdırıb. Bununla da çalışır ki, digər ölkələr də öz cəmiyyətini onun formalaşdırdığı sistemə uyğun idarə etsinlər. Amma əslində Avropa mədəniyyəti inkişaf edərək vəhşiliyə doğru gedən mərhələdədir. Avropada insan haqlarına hörmətdən söhbət gedə bilməz". Bu fikirləri SİA-ya Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov deyib.
Təhmasib Novruzov qeyd edib ki, Avropanın ən öndə gedən ölkələrində Yunanıstanda, İtaliyada, İspaniyada artıq aclıq, səfalət baş alıb gedir: "Bu da sözügedən ölkələrin gələcəkdə iqtisadiyyatında hansı durumun olacağından xəbər verir. Əgər Avropa inkişafının, demokratiyasının, mədəniyyətinin son nəticəsi buna gətirib çıxaracaqsa, Azərbaycan üçün Avropanın heç bir əhəmiyyəti yoxdur".
Birlik sədri həmçinin qeyd edib ki, Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğal olunmasına, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə Avropanın susqun münasibəti fikrimcə, bütün məsələlərə aydınlıq gətirir: "Dünyada gedən islamafobiyanın acı nəticəsidir ki, bu gün Roma papası ermənilərə dəstək verdi, Avropa Parlamenti qondarma erməni soyqırımını tanıdı. Buna qarşı biz öz qətiyyətli fikrimizi söyləməli, dünyaya səsimizi çatdırmalıyıq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB