Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, B. İsabayev etimadnaməsinin surətini nazir E. Məmmədyarova təqdim edib.
Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Nazir ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB