Millət vəkili: “Belə insanlar ancaq nifrətə layiqdir”

Millət vəkili: “Belə insanlar ancaq nifrətə layiqdir”

"Əgər kimsə öz ölkəsinə, vətəninə, xalqına xəyanət etməklə, başqa dövlətlər, xalqlar qarşısında öz dövlətini aşağılmalqa məşğul olursa, öz əməlləri ilə mənsub olduğu xalqın adına ləkə gətirirsə, və bunu kimlərsə şərəfli yol hesab edirsə, deməli onların da həyat yolu belədir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

E. Məmmədov deyib: "Xalqına, millətinə, dövlətinə qarşı şər, böhtan atan, onu aşağılayan, danoslar verməklə məşğul olan adamlar nə vaxtdan şərəfli işlə məşğul olanlar hesab olunub? Hesab edirəm ki, belə insanlar ancaq nifrətə layiqdir. Onların əməlləri Azərbaycan qanunları ilə araşdırılıb, lazımı cəzaları verilməlidirlər. Bu gün də Xədicə İsmayıl layiqli yerdə oturub. Sonrasının necə olacağını haqq-ədalət məhkəməsi deyəcək".

E. Məmmədov hesab edir ki, Xədicə İsmayıl fəaliyyət göstərdiyi müddət ərzində ancaq Azərbaycanın ünvanına xoşagəlməz fikirlər söyləməklə məşğul olub və bud a şərəf, ləyaqət gətirən bir iş deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə