"Şübhəsiz ki, Prezident İlham Əliyev regionda və dünyada baş verən prosesləri kifayət qədər dəyərləndirir. Bu günə kimi də dövlət başçımız ölkəmizə qarşı həyata keçirilən kampaniyaları qiymətləndirərək açıq mətnlə mesajlar verir". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Prezidenti İlham Əliyevin "antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir" fikrinə münasibət bildirərkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, artıq uzun illərdir ki, Azərbaycana qarşı bir neçə istiqamətdə kampaniya aparılır: "Təbii ki, bunların hər biri bir mərkəzdən idarə olunur. Məqsəd isə ölkəmizi beynəlxalq səviyyədə nüfuzdan salmaq, Ermənistanın maraqlarını təmin etmək və danışıqlar prosesində Azərbaycanı zəif salmaqdan ibarətdir. Heç şübhəsiz ki, bunun müxtəlif səbəbləri var. Bu proseslər Azərbaycanda beynəlxalq tədbirlər keçirildiyi zaman daha da güclənir. Hər beynəlxalq tədbir öncəsi bu cür proseslər daha da akitvləşdirilir. Səbəb isə bəllidir. Çünki keçirilən beynəlxalq tədbir Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə xidmət edir. Dünyanın ayrı-ayrı ölkələrindən gələn insanlar, eyni zamanda jurnalistlər Azərbaycanda gedən inkişaf haqqında məlumatlar yayırlar. Onlar ölkəmizdə gedən inkişafı obyektiv şəkildə qiymətləndirirlər. Təbii ki, bu obyektiv qiymətləndirmələr də həmin o beynəlxalq təşkilatların maraqlarına xidmət etmir. Bildiyiniz kimi dünyada insan haqları sahəsində yaradılan beynəlxalq təşkilatlar əsasən Sovet, soyuq müharibə dövründə yaradılan təşkilatlardır. Bu təşkilatlar da Qərb tərəfindən yaradılıb. Məqsəd isə SSRİ-yə qarşı mübarizə aparılmasıdır".
E.Mirzəbəyli əlavə edib ki, prinsip etibarilə həmin dövürdə də insan haqları amili digər ölkələrdə onlar üçün əsas götürülmürdü: "Onlar soyuq müharibənin bir parçası, hissəsi idilər. Bir növ informasiya siyasətini yürüdürdülər. İndi də eyni proseslər dünyanın ayrı-ayrı ölkələrinə qarşı istifadə olunur. Sanki soyuq müharibə bitməyib və dünyada iki ayrı-ayrı düşərgə yoxdur. Eyni prinsiplər bu gün də həm Azərbaycan qarşı, həm də müstəqilliyini yeni qazanmış digər dövlətlərə qarşı davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə