"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfəri iki ölkə arasında münasibətlərin qaydaya salınmasına fürsət yaratsa da, səfərdən əvvəl Ərdoğanın İranın Yəmən probleminə münasibəti haqqında fikirləri və ümumən Yəmən problemi ilə bağlı dedikləri az qala iki ölkə arasında diplomatik qalmaqala səbəb olacaqdı". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.
Onun sözlərinə görə, səfər zamanı əsasən Yəmən problemi, iki ölkə arasında iqtisadi, siyasi münasibətlərin inkişaf etdirilməsi və təbii qaz alınması məsələləri müzakirə edilib: "Yəmən problemi ilə bağlı Ərəb dünyasının İranın qarşısında olduğu bir vaxtda Ərdoğanın səfəri bu problemin həll edilməsi istiqamətində atılan addım kimi dəyərləndirilsə də, bu problemin aktorları o qədər çoxdur ki, sadəcə bu səfər ilə həll edilməsi mümkün görünmür. Regionda yaşanan hər hansı bir münaqişə əlbəttə Türkiyəni də narahat edir. Milli maraqları çərçivəsində bu problemlərin həll edilməsinə cəhd edir. Ancaq bu problemin həll edilməsində aparıcı rol Səudiyy Ərəbistanına və İrana məxsusdur. Yəmən problemi əslində şiə və sünni (yaxud vəhabi) təriqətləri arşında yaşanan problemlərin Yəmən nümunəsində olduğu kimi siyasi baxımdan üzə çıxmasıdır. Bu hər nə qədər dini məsələ kimi görünsə də, əslində məsələnin mahiyyəti dövlətlərin geosiyasi maraqları və mübarizəsidir".
H. Cabbarlı qeyd edib ki, Ərdoğanın səfəri İran-Türkiyə arasında gərginliyi müəyyən qədər azaltsa da tamamən həll etmədi və tərəflər sadəcə daha diplomatik davranmağa çalışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB