"Mən "Milli Şura"nın 5 aprel mitinqində maska geyinib iştirak etdim". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
MMP sədri deyib ki, mitinqdə Partiya üzvləri çox tanınmır, əsas tanınan sima mən olduğuma görə mitinqdə maska geyindim: "Milli Şuranın mitinqlərində neçə nəfərin iştirak etdiyi ilə bağlı hərə bir rəqəm deyir, mən öz gözümlə görmək istəyirəm ki, neçə nəfər iştirak edir. Ona əsasən da onlarla mübarizə üsulumuzu müəyyən edək. Lazım gəlsə, lap onlarla əlbəyaxa davaya da çıxa bilərik. Mən imkan vermərəm ki, ermənilərdən təlimat almış şəxslər Azərbaycan dövlətçiliyinə ziyan vursun. Mitinqin təşkili barədə sifariş xaricdən gəlib.
H.Hacıyev əlavə edib ki, müxalifətin mitinqinin ardıcıl olacağı barədə çirkin fikirlər səslənirdi: "Onlara Avropadan hazır konvert gəlib ki, hansı tədbirlər, hansı işlər görülməlidir. Cəmil Həsənli ilə Əli Kərimli özləri çox da bu istəkdə olmasalar da, onlar artıq bu tapşırıqları etməyə məcburdurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB