Mirhəsən Seyidov: "Hər şeyi gənclərimiz üçün edirik" AÇIQLAMA

Mirhəsən Seyidov: "Hər şeyi gənclərimiz üçün edirik" AÇIQLAMA

"Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Birlik sədri deyib ki, biz unutmamalıyıq ki, ölkənin gələcəyi də gənclikdən asılıdır: "Bu gün gənclik elə bir potensiala malikdir ki, özündən əvvəlki nəslin görə bildiyi işi də görə bilər: "Bizim üçün gənclərin sağlam milli-mənəvi dəyərlərə söykənərək tərbiyələndirilməsi hər şeydən vacibdir. Gənclik bilməlidir ki, onun keçmişi, dövlətçilik ənənələri necə olub. "İrəli" İctimai Birliyi olaraq gənclərə milli mənəvi dəyərlərin aşılanması üçün əlimizdən gələni edirik: "İrəli" 6 ay ərzində müxtəlif layihələrə imza atdı. Bu layihələrin əksəriyyəti gənclərə milli mənəvi dəyərlərin aşılanması üçün nəzərdə tutulmuşdu. Misal olaraq, "İrəli"nin gənclər üçün keçirdiyi "Nəzər nöqtəsi" layihəsini qeyd edə bilərik. "Nəzər nöqtəsi"nin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması, beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına "Mən fəxr edirəm ki, azərbaycanlıyam" fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etmək olub. Bu gün ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti mövcuddur. Biz əlimizdən gələni edirik ki,gənclər onlar üçün yaradılan şəraitdən səmərli istifadə etsinlər. Bizim gəncliyimiz, bizim gələcəyimiz deməkdir. Biz nə ediriksə gələcəyimiz üçün edirik, gənclərimiz üçün edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə