Türkiyə bölgədəki tarazlıqları dəyişdirəcək bir layihəyə imzasını atıb. SİA-nın məlumatına görə, Türk Hava Qüvvələri təyyarələrini bundan sonra digər ölkələrə qarşı görünməz edəcək "Kölgə" adlı layihə həyata keçirəcək. Stand off Jammer procurement adlı layihə bitdiyində təyyarələr, 300 km məsafədə olan bütün radar siqnallarını poza biləcək və beləliklə də döyüş təyyarələri görünməz hala gələcək. Bu ona hesablanıb ki, bölgədə Suriyanın hava sistemlərinin saldığı F-4 hadisəsi kimi bir hadisə yaşanmasın.
Qeyd edək ki, bu sistem dünyada ABŞ xaricində yalnız İsraildə tədbiq edilir. Türkiyədə tenderdə ASELSAN, Duygu Aviasiya və Müdafiə, SAVRONİK və TEMPUS firmaları yarışır.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB