Rusiya BMT qarşısında tələb qoydu

Rusiya BMT qarşısında tələb qoydu

Rusiya Yəməndəki hava hücumlarının dayanması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qərar layihəsini təqdim edib. SİA xəbər verir ki, dünən Yəmən hadisələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurası xüsusi bir iclas təşkil edib. Belə ki, qərar layihəsində Yəməndə xaricilərin təhlükəsizliyinin təmin edilməsi və humanitar yardımların bölgəyə rahat çəkildə çatdırılması, atəşkəsin bərpası öz əksini tapır. Buna baxmayaraq BMT Təhlükəsizlik Şurası müvəqqəti prezidenti öz növbəsində bu mövzuda hələ belə tezliklə qərar qəbul edilməyəcəyini dilə gətirib. İordaniyanın BMT səfiri Dina Kavar isə Təhlükəsizlik Şurası üzvlərinin Rusiyanın təklifini ətraflı düşünmək üçün zamana ehtiyac olduğunu söyləyib.

Səudiyyə Ərəbistanı liderliyindəki hərbi koalisiyadan da mövzuya dair bir şərh gəldi. Humanitar əməliyyatın onların işinin və məsuliyyətinin bir parçası olduğunu qeyd ediblər. Həddindən artıq edilən yardımların səhv insanlara, Husi üsyançılarına keçməməsi lazım olduğunu ifadə ediblər. Onu da qeyd etmək yerinə düşərdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi də bölgəyə yardımların göndərilə bilməsi üçün 24 saatlıq bir atəşkəs tələb etmişdi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə