"Bu gün "Milli Şura" adlanana qurum növbəti piketini keçirdi. Ora toplaşanlar isə "Milli Şura" rəhbərlərinin sırf yaxın ətrafında olan insanlar idi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Milli Şura"nın bu gün keçirilən mitinqini şərh edərkən deyib.
Onun sözlərinə görə, piketdə o qədər köhnə, bayağı, düşüncəsiz fikirlər ifadə etməyə çalışıblar ki, bundan sonra ora heç kim getməyəcək: "Çünki, bunlar hər hansı bir alternativ təklif, münasibət, gələcək inkişafla bağlı söz yox, ancaq demoqoqiya ilə məşğuldurlar. Bazarda, çayxanada, avtobusda, yoldan keçənlərdən eşitdikləri sözləri, nağılları orada iştirak edənlərə danışırdılar. Həddindən artıq səviyyəsiz və cəmiyyət üçün heç bir əhəmiyyəti olmayan toplantı idi. Sadəcə olaraq, bunlar polislərin, digər insanların bazar günü vaxtlarını alırlar. Onların bundan başqa heç bir işləri yoxdur. Ömürləri boyu ancaq ziyan vurmaqla məşğul olublar. Vurduqları ziyanların biri də insanların vaxtını almaqdan ibarətdir".
S.Novruzov bildirib ki, Əli Kərimli cibini doldurmaq üçün bu aksiyaları intensivləşdirəcək: "Çünki, müxtəlif dairələrdən, xüsusilə erməni mənbələrindən aldığı vəsaitlər hesabına camaatı aldadaraq, beş-üç gənci yoldan çıxararaq toplantılar keçirir. Aldığı pulların hesabatını vermək üçün ora toplaşanların sayını artıq deməyə məcburdur. Amma hər kəs də gördü ki, ora cəmi 600-700 adam toplanmışdı. Aksiya təşkilatçıları görüntü olsun deyə insanlara "qabağa çəkilin", "geri gedin", "yandan gəlin içəri", "bayraqları qaldırın" kimi göstərişlər verirdilər. Halbuki bu kimi metodların artıq vaxtı keçib, işlənmiş variantlardır. Bu baxımdan, bu aksiya ölmüş bir təşkilatın, partiyanın keçirdiyi tədbirdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB