""Azadlıq – 2015" seçki blokunun hazırda fəaliyyəti davam etdirir. Blokun bugünkü fəaliyyətinə əsasən dairələr üzrə namizədlərin müəyyənləşməsi və ayrı-ayrı dairələr üzrə gələcəkdə müşahidəçilərin, təşviqatçıların hazırlanması prossesləri daxildir. Eyni zamanda ictimai-siyasi prosseslərlə bağlı blokun platforması formalaşdırılır və aprel ayının 8-də "Azadlıq – 2015" seçki blokunun dəyirmi masası nəzərdə tutulur". Bu fikirləri SİA-ya "Azadlıq-2015"-seçki blokunda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc ölkədə seçkiöncəsi müxalifətin ümumi vəziyyətinə münasibətini bildirərkən deyib.
Əhməd Oruc AXCP sədri Əli Kərimlinin eləcə də Milli Şuranın onları dəstəkləməyən siyasi müxalifət partiyalarını "cib müxalifəti" adlandırmalarına, mitinq çağırışlarına, eləcə də dialoqa qatılmamaq iddialarına da münasibətini bildirib. Partiya sədrinin sözlərinə görə, ölkədə hakimiyyət ilə müxalifət arasında ən ciddi problemlərlə bağlı olsa belə, müvafiq dialoq mühiti mövcuddursa belə bir vəziyyətdə bu prosseslərə ziyan gətirmək doğru deyil: "Hər dəfə bir neçə yüz adamı stadiona yığaraq 2 saat müddətində müəyyən şüarlar səsləndirməklə heç bir problem həll olan deyil. Bu şüarların realizasiya mexanizmi nədir, onlar özləri nə düşünür bu məsələ haqqında? Stadiona yığılmaqla hər hansısa problemlər həll olunası deyil. Bu cür addımlarla bu gün Azərbaycanın ictimai-şüurunda nəsə dəyişikliklər etmək qeyri-mümkündür. Mitinq keçirən qüvvələr eləcə də ölkədəki digər müxalifət qurumları da keçirilən dialoqa dəvətlidirlər. Bu normal, milli marağa uyğun müzakirələrdən qaçıb heç bir nəticəsiz olmayan aksiyalar keçirməyin məntiqini mən heç cür başa düşə bilmirəm. Bu yalnız o halda ola bilər ki, həmin aksiyanı keçirən qüvvələr sərbəst deyillər. Mən onların seçdiyi yolu doğru saymıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB