Misirə 1,3 milyardlıq yardım

ABŞ, Misirdə 2013- cü ildə hərbi rəhbərliyin vəzifəyə gəlməsindən sonra təxirə saldığı hərbi yardımları yenidən bərpa edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 1.3 milyard dollar dəyərindəki hərbi yardım F-16 döyüş təyyarəsi, Harpoon mərmiləri və tanklardan ibarətdir.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama, 2013 Əbdülfəttah Əs Sisi-nin hakimiyyətə gəlməsindən sonra Misirə hərbi yardımı dayandırmışdı. Misirin Yəmən və Liviyada hərbi əməliyyatlarda iştirak etməsindən sonra Obama rəhbərliyi, Qahirəyə hərbi yardımı yenidən bərpa edib. Misir prezidenti Əbdülfəttah əs Sisi ilə dünən telefon əlaqəsi saxlayan ABŞ prezidenti Barak Obama Misirə 1.3 milyard dollarlıq hərbi yardım ayrıldığını bildirib.

Yardımın yenidən bərpa olunmasına səbəb olaraq isə Vaşinqtonun milli təhlükəsizlik maraqları göstərilib. Qeyd edək ki, Yəməndə şiə Husiləri qarşı yaradılan koalisiyada iştirak edən Misir ordusu həm də, Liviyada da İŞİD-ə qarşı döyüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə