“Kimlərin adının seçki siyahısına salınması gündəlikdədir” MÜNASİBƏT

“Kimlərin adının seçki siyahısına salınması gündəlikdədir” MÜNASİBƏT

"Məclisin iclası olacaq və bu barədə fikirlər müzakirə ediləcək". Sözügedən fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli partiyadaxili son vəziyyətlə bağlı fikirlərini şərh edərkən deyib.

Müsavat rəsmisi partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin və Vurğun Əyyubun parlament seçkiklərinə partiya təmsilçisi kimi qatılmaq barədə iddialarına müvafiq olaraq, müəyyən tədbirlərin görüləcəyini də istisna etməyib: "Mən mətbuatda bu barədə fikirlərimi bildirmişəm. Bu baxımdan, əlavə heç nə deyə bilmərəm". Bununla yanaşı, Mustafa Hacıbəyli parlament seçkilərinə hazırlaşdıqlarını da deyib. O, bununla bağlı deyib ki, məhz həmin müzakirələrdə seçki siyahısının dəqiqləşdirilməsi ətrafında fikir mübadilələri aparılacaq: "Həmçinin, parlament seçkilərinə hazırlıq və kimlərin adlarının seçki siyahısına salınması da gündəliyə çıxarılacaq. Eyni zamanda Müsavat Partiyası Məclis üzvlüyündə boş qalan yerlərə seçkilər də gözlənilir. Digər bir tərəfdən bu və ya digər məsələlərlə bağlı hər hansı bir maraqlı təklif olarsa dinləniləcək".

Xatırıladaq ki, Mustafa Hacıbəyli bu yaxınlarda Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü olan narazı müsavatçıların seçim etməli olduqlarını, ya Müsavatda, ya da ADR-də təmsil olunmaları barədə fikir səsləndirmişdi. Məhz Növbəti Məclis toplantısında isə məhz bu faktorun müzakirə predmetinə çevrilməsi gözlənilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə