Fikrət İsmayılov torpağa tapşırıldı FOTOLAR - SƏS TV

Fikrət İsmayılov torpağa tapşırıldı FOTOLAR - SƏS TV

Bu gün səhər saatlarında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, keçmiş deputat, alim Fikrət İsmayılov 81 yaşında dünyasını dəyişib. SİA xəbər verir ki, Fikrət İsmayılov 1935-ci il yanvarın 3-də Naxçıvanda müəllim ailəsində anadan olub. Fikrət İsmayılov doğma şəhərində Üzeyir Hacıbəyov adına 1 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstituna qəbul olub. İxtisas sahəsinə görə o, Azərbaycan SSRİ Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Fizika və riyaziyyat instituna göndəriş alıb. 1960-cı ildən etibarən laborant, baş laborant, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrinə qədər yüksəlib. 1973-cü ildən isə Fikrət İsmayılov fizika-riyaziyyat elmləri üzrə doktorluq dərəcəsi alaraq, Fizika instititunda fəaliyyət göstərən laboratoriyaya rəhbərlik edib.

Fikrət İsmayılov elmi işi ilə yanaşı, siyasi fəaliyyət də göstərib. Belə ki, 1992-ci ilin 21 noyabrında Yeni Azərbaycan Partiyasına üzv yazılıb. O, 1993-cü ildən son gününədək YAP Yasamal rayon təşkilatının sədri qismində siyasi fəaliyyət göstərib. Fikrət İsmayılov 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

O, 2009-cu ilin 29 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib.

Fikrət İsmayılov bu gün ikinci Fəxri xiyabanda torpağa tapşırılıb. Onu son mənzilə yola salmaq üçün aliə üzvləri ilə yanaşı, baş nazirin müavini, YAP İcra Katibi Əli Əhmədov, partiyanın rayon təşkilatının sədrləri və bir sıra millət vəkilləri iştirak ediblər.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə