Məzahir Pənahov görüşlər keçirib

Məzahir Pənahov görüşlər keçirib

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti 2015-ci il martın 29-da Özbəkistan Respublikasında keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olub. MSK-dan SİA-ya verilən xəbərə görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalomovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində Məzahir Pənahovun Özbəkistan Baş nazirinin müavini Qulomjon İbraqimov, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradov, Özbəkistanlı həmkarı və digər rəsmi şəxslərlə görüşləri keçirilib.

İki ölkə arasında bütün sahələrdə genişlənən əlaqələrdən məmnunluqla bəhs olunan görüşlər zamanı qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçki günü paytaxt Daşkənd və Səmərqənd şəhərlərində yerləşən seçki məntəqələrində seçkiləri izləyən nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri 2015-ci il martın 30-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə