İsveçrədə nüvə müzakirələri gedir

İsveçrədə nüvə müzakirələri gedir

Avropa Birliyi xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi F.Mogherini İran ilə nüvə müzakirələrində razılaşmaya daha əvvəl heç bu qədər yaxınlaşılmadığını desə də, bəzi kritik məsələlərin hələ də həll edilmədiyini qeyd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Mogherini İran ilə 5 + 1 ölkələri arasında aparılan nüvə müzakirələr üçün İsveçrənin Lozanna şəhərində görüşmələrin edildiyi otelin qarşısında jurnalistlərlə görüşü zamanı deyib.

"Bəzi müzakirə ediləcək mövzular var. Bu baxımdan da mətbuata irəliləyən günlərdə daha ətraflı məlumat verməyi düşünürəm. Keçən həftələrdə böyük irəliləmə təmin etdik. Ümüdvaram ki, daha yaxşı nəticələr əldə ediləcək"-deyə Mogherini əlavə edib. O, müzakirələrdən əldə edilməsi gözlənilən nəticənin İranın nüvə silahlarının olmadığını zəmanət altına alan, nüvə silahı inkişaf etdirməsinə maneə törədən amma digər tərəfdən də qeyri-nüvə proqramını inkişaf etdirməsinə imkan tanıyan bir nəticə olmalıdı deyə danışıb.

Qeyd edək ki, toplantıya şənbə günü daxil olan Almaniya xarici işlər naziri Frank Valter Steinmeier isə 10-12 illik danışıqların ardından oyunun sonuna yaxınlaşdıq deyə qeyd etmişdi. Fransa xarici işlər naziri Laurent Fabius da Lozannada şənbə günü jurnalistlərə etdiyi şərhdə, "İranın sülh nüvə proqrama sahib olma haqqı var, ancaq atom bombasına deyil. Sağlam bir razılığa gəlmək arzusu ilə buraya gəldim" söyləmişdi.

İngiltərə xarici işlər naziri Philip Hammondın, Rusiya və Çin xarici işlər nazirlərinin da bazar günü nüvə müzakirələrinə qatılacağı gözlənilir.

İran ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin ilə Almaniyadan ibarət 5 + 1 ölkələri arasında aparılan nüvə müzakirələrində 31 Marta qədər çərçivə razılığına gəlinməsi hədəflənir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə