Mübariz Əhmədoğlu: “Putin bu səfər daha israrlı olacaq” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Putin bu səfər daha israrlı olacaq” AÇIQLAMA

"Hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı Dağlıq Qarabağ məsələsinin ATƏT-in Minsk qrupunun prinsipləri əsasında müzakirə olunacağı ilə bağlı səsləndirilən fikirlər realdır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Putin çalışır ki, DQ məsələsini həll etsin: "Putin başa düşür ki, əgər Rusiya DQ məsələsinin həllində iştirak etməsə, o Azərbaycanı və hətta Türkiyəni də itirə bilər. Yəni bir balaca Ermənistandan ötrü Putin Azərbaycan və Türkiyə kimi dövlətlərlə münasibətləri risk, şübhə altına salmaq istəmir. Ona görə də Rusiya prezidenti çoxdan bu yoldadır. O ötən ilin avqust ayında da Azərbaycan prezidenti ilə Ermənistan prezidentini Soçiyə dəvət edəndə orada açıq şəkildə məsələ qoydu ki, Rusiya DQ məsələsini həll etməlidir. Çünki DQ məsələsi SSRİ dövründən qalma prosesdir. Yəni Ermənistan və Azərbaycan Rusiya dövləti ilə xüsusi münasibətlərə malikdir. Qoy Rusiya DQ münaqişəsinin tənzimlənməsində xüsusi rola, statusa malik olsun. Ermənistan bunu rədd etdi amma Azərbaycan prezidenti bunu qəbul etdi. Ermənistan bilir ki, bu dəqiqə Rusiyanın DQ məsələsindəki mövqeyi işğalçı ölkənin maraqlarına uyğun deyil. Ona görə də Ermənistan yenə çalışacaq ki, Putinin təklifini rədd etsin. Amma mən elə başa düşürəm ki, Putin bu səfər daha israrlı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə